Fəsildəki şən mahnıyla dolmadım, O fəsildə olduğumu sevmirəm, Keçdim həyat yollarından solmadım, Qəmli, kədərli sonluğu sevmirəm. Soyuq təkəbbürdə əsla qalmaram, Valeh olmağıma heç inanmaram, Məktubları özgəsi olsa açmaram, Çiyindən baxan çoxluğu sevmirəm. Saxlamaram ürəyimdə yarı qalan söhbəti, Vermərəm sözümü kəsmək fürsəti, Vardı üzə güllə vurma cürəti, Kürək vuran oğurluğu sevmirəm. Düşmənimdir yalan ilə xəbərçilik, Qurd kimidir yaltaqlıqla fitnəçilik, Gəmidəsən, gəmiçi ilə gəmiçilik, Tük urpədən səs bolluğun sevmirəm. Tox deyildir məndə özünə inam, Ya irəli, ya da qoy indi sınam, Əfsus!Yoxdur o yerdə şərəf, iman, Qəlbdə Allah yoxluğunu sevmirəm, Baxdım sınmış qanadlara, Mərhəmət yox yazıqlara, Heyf, Məsih gəldi dara, Qəddarlığı, gücyoxluğun sevmirəm. Bağrım çatlar zəif kəslər döyüləndə, Qorxu qorxuluqdan böyüyəndə, Qəlb tellərin üzərində yürüyəndə, Zalımda könül xoşluğun sevmirəm.        
© Murad Məmmədov. Tərcümə, 2009