Gəmilər üzürlər, uzaqlaşırlar Yenə bu limana yaxınlaşırlar Yarım il keçməmiş mən də dönərəm Sonra yarım ilə yenə gedərəm. Amma nə yazıq ki, hamı qayıdar Yaxşı yoldaşlardan, dostlardan başqa Bir də ki dönmürlər ən etibarlı Sevib oxşadığın gözəl qadınlar Taleyə, özümə mən inanmıram İnandım, inanmadım Taleyi də danmıram. İnanmaq istərəm - hər şey dəyişər Gəmilər yandırmaq dəbdən tez düşər Mən əlbəttə dönəcəm Dostlarım, işlərimlə Yarım ildən az çəkən gediş gəlişlərimlə
© ?. Tərcümə, ?