Lap az qalıb döyüşə. Tanklar düşəcək işə Top-tüfənglər dinəcək, partlayacaq qumbara... Yanaşaraq səngərə, Cavanca bir əsgərə Balaca zərf uzatdı poçtalyon bu ara. Məktub gəlsə anadan, Ya sevgili sonadan Əsgər elə bilər ki, yoxdu dava-şava da. Elə ki, zərfı açdı - O saat rəngi qaçdı; Oğlan elə bildi ki, tutqunlaşdı hava da. İnanmadı gözünə "Toxtaqlıq vcr özünə! Məndən sənə yar olmaz..." Moktub bitdi. Vəssalam! Aşağıda naxışla Yazmışdı ki: "Bağışla! Bilmirdim ki, bu qədər gözləri yolda qalam". Oğlan birdən çığırdı, Poçtalyonu çağırdı: "Bilirsənmi neylədin? Necə çəkim bu dərdi? Yaraladın sən, axı - Məni döyüşqabağı; Gətirdiyin bu məktub güllədən də betərdi!" Çiynində avtomatı Dolaşıb addım-addım - Səngər boyu elə hey qıy-qışqırıq qopardı. İlk qəlpəyə tuş olub, Yıxıldı bihuş olub; Əlindəki məktubu külək alıb apardı.
© Namizəd Xalidoğlu. Tərcümə, ?