Taxsırımı necə danım mən, axı? Necə oldu sayıqlığı itirdim?! Özgələrdə axtarmaym günahı, Dəstəmizə onu özüm gətirdim. Elə bildim sənin, mənim tayımdı Düşündüm ki, biznən vurub-tutacaq. Nə biləydim, köpəyoğlu xayindi? - Nə biləydim, bizi bir-bir satacaq?! Heç bilmirəm necə keçdi məhkəmə... Biz tutulduq, osa qaldı qıraqda. Eh, dərdimi kimə açım, ta kimə? - Büzüşmüşəm buza dönmüş barakda. Gecə-gündüz qoruyuram özümü Ki, salamat çıxa bilim türmədən. Qəribliyə salmayın ha, sözümü; Öləmmərəm cəzasını vermədən. Gözləyirəm o günəşli gütıü mən, Deyəcəyəm: "Di qurtarın sualıl - Dəstəmizə mən gətirdim onu, mən; Qoyun ondan qisası da mən alım..."
© Namizəd Xalidoğlu. Tərcümə, ?