Dostlar, yenə uzatdılar vaxtımı... Nə ağlayın, nə qaş-qabaq sallayın... Yazı yazan qara yazıb baxtımı; Heç olmasa, tez-tez məktub yollaym. Necəsiniz? Tapılırmı araq-zad? Burda hər yer başdan-başa qardı, qar. Lap bezmişəm - gündüz işlə, gecə yat; Amma orda yəqin təzə xəbər var. Sizdən ötrü qəlbim olub lap yuxa. Ətri hələ burnumdadı çöl-çösün. Ərə-zada getməyibsə Nadyuxa - Deyin, mənə məktub yazsın o özü. Qorxum yoxdu, vallah, bircə tikə də! Şad oluram alıb sizin məktubu. Daha mənə vermədilər, bəlkə də; Amma yenə tez-tez yazın məktubu.
© Namizəd Xalidoğlu. Tərcümə, ?