Başım çıxmır bu nə olmaq istəyir? - Gecə-gündüz çalıb-çapır ölkəni. Məndən yaxşı yaşamağı bəs deyıl - Bu yandan da qılınclayır kölgəmi. Bir ton olar arvadının daş-qaşı... Gərək deyib baş-beynini aparam?! Mən də alsam o aldığı maaşı - Moskvada lap uran da taparam.         Di yol göstər mən yazığa, bədbəxtə; Baxarsanmı bir qıraqda sən durub? - Dünən oğlu gəlib bizim mətbəxtdə Olan-olmaz qab-qacağı smdırıb. İndiyədək neyləyirdi - dözürdüm... Indi, budur, qoçulanır gədəsi! Paxıl deyir, - paxıl onun özüdür; Canı çıxsm, qoy, haqqımı ödəsin! Var-dövlətə qərq olubdu o tülkü, Pul tapmıram mənsə araq almağa... Eybi yoxdu! Onu elə ütüm ki - Tövbə etsin mənlə qonşu olmağa!!!
© Namizəd Xalidoğlu. Tərcümə, ?