Belə söhbət gəzir ki, tərk etmişəm ölkəni; Atıb, arvad-uşağı küçələrə salmışam. Olan-qalan pulum da guya çoxdan tükənib, Yelisey çöllərində guya çaşıb qalmışam. Qulağımla eşitdim tramvayda gedərkən: "Yox, o gedib, o indi uzaqdadır, uzaqda... Yaxşı ki, çıxıb gedib, - eana doymuşdu ölkə, Qoy doyunea oxusun Versal sarayı haqda". Bəzən də iki nəfər höcətləşir arxamda: "Eh, o deyil, əzizim, di get soruş özündən". Hara getsəm, həmişə yapışırlar yaxamdan, - Harda olsam, çəkmirlər gözlərini üzümdən. Biri də deyirmiş ki: "Hər gün qulaq asmışam, Maqadanda o idi axı, türmə yoldaşım". Guya bu yaxınlarda ona məktub yazmışam: "Eh, sənsiz darıxıram, Parisə gəl, qardaşım!" Burdan köçüb gctməyə, deyirlər ki, peşmanam Parisi dolaşıram hey avara-avara. Məhəl qoyan tapılmır guya orda heç mənə; Qayıtmaqçün qalmışam ta yalvara-yalvara. (Hərəniz bir kəhərin yalmanına yatın da! Di nə dayanmısız, - çıxıb gəlin Parisə. Qarşılayım mən sizi Zəfər tağı altında - "Reno"da bağışlayım istəyiniz var isə). Nə gəldi sarsaqlayır gədə-güdə, avara; Adımı hallandıry istədiyi kimi, hərə. Narahat-zad olmayın - getməmişəm heç hara, Gedəsi də deyiləm, Ölsəniz də, heç yerə!
© Namizəd Xalidoğlu. Tərcümə, ?