Ürəyimdə bir ağrı var, bir ağrı; Xoş günlərim daha şirin yuxudur. Eh, böyüklər hüzuruna çağırıb, - Mənə hər gün "Qurd ovu" nu oxudur. Bu yaxında "Qurd ovu"mu taparaq, Bir yoldaş da hey kükrəyib-çağladı; Qaça-qaça evə gəlib, çaparaq - Pəncərəni möhkəm-möhkəm bağladı. Qəzəbindən, hikkəsindən tərləyib, - Ürəyində zülüm-zülüm inlədi. Barmağını düymə üstə hərləyib, Kirimişcə səsyazanı dinlədi. Xırıltıdan anlamayıb son sözü, Külfətini tez köməyə çağırdı. Lap axırda inadından əl üzüb, - Qəfıldəncə dəli kimi bağırdı. Əli birdən telefona uzanıb, Zəng vurdu ki: "Tez axtarıb, arayın; Mən bilmirəm, "Qurd ovu"nu yazanı - Günü sabah hüzuruma yollaym!" Mən də gctdim boğazımı yaşlayıb; Əsəbimi başqa nə cür ovudum?! Qapısından girən kimi başlayıb - Axıracan "Qurd ovu"nu oxudum. Zəngdən sonra dilxor olub külfəti, Yəqin evdə ağıl qoyub başına, - Eh, bəlkə də, tapşırmışdı lap qəti Ki, şairi adam kimi qarşıla!" Bir stəkan araq süzüb özünə - Deyindi ki: -"Sən yolunu azmısan: Barmağımı soxaram ha gözünə! Bu şeirini elə məndən yazmısan!.." Yaşayıram hey döyükə-döyükə: Zəng səsləri məni yaman qorxudur. Hüzuruna çağırtdırıb böyüklər - Mənə hər gün "Qurd ovu" nu oxudur.
© Namizəd Xalidoğlu. Tərcümə, ?