Eh, bu gün də vaxtımı boş-boşuna iürdim, - Dcməli bu günüm də ötəsidir havayı. Stüardessa yenə də qəmli xəbər gətirdi: - Hər yana uçmaq olar, Odcssadan savayı. Murmansk tərəfdə nə bulud var, nə duman; İstəyirsən bu saat uçub get Aşqabada. Kiyevə, Kişinyova yol açıqdır, bay amanl - Odessaya uçan reys qalıbdır başqa vaxta. Hər dəfə dərdli-dərdli boylandıqca mən göyə O andaca böyürdən bir söz alır qulağım: - Burda yatıb qalarsan Odessa deyə-deyə; Əşi, buz bağlayıbdır orda uçuş zolağı. Tiflislilər uçdular, - eh, Tiflisə nə sözüm; Orda qış da, payız da baharı salır yada! Bərəlməsin-neyləsin heyrətimdən bəs gözüm - Biləndə ki uçuş var bu saat Leninqrada? Sərnişınlər bir ucdan hcy qanad açıb gedir; Bizimsə reysimizi salan yoxdur heç saya. Budur, rostovlular da Rostova uçub gedir! - Mən isə uçammıram yenə də Odessaya... Uçmaq istədiyim yer itib-batıb dumanda. Güman var ki, oraya hələ sabah qar yağa... Amma hava açıqdır hər tərəfdə, hər yanda - Hamı da uçub gedir gözlərim baxa-baxa. Elə yerə uçurlar, orda hər yan palçıqdır... Odessaya gedənlər gəl ki, qalıb ortada. Lazımsız olduğundan Parisə yol açıqdır, - Təyyarə qəbul edir Vladivostok portu da! Moskva - qoymur uçaq, "gəl-gəl" demir Odessa Əşi, qəlbim sıxılır, əşi, halım ağırdır. Qəfıldən zala girib pərişan stüardessa - Hamımızı adbaad təyyarəyə çağırdı. Motorlar gurlayanda özümə gəldim bir az, Amma yenə elo bil, oturmuşam od üstə. Yox! Təyyarə tərpənmir, - deyirlər uçmaq olmaz. Guya qəbul eləmir təyyarəni Odessa. Uçmaq istədiyim yer, deyirlər ki, dumandır! Güman var ki, oraya hələ sabah qar yağa. Dalbadal uçub gedən - Dehlidir, Maqadandadır; Eh, hamı uçub gedir gözlərim baxa-baxa. Həyatımdan doyuram, canımdan da bezirəm, Bu "Moskva-Odessa"lar qaraldıb qanımı. Danışdıqca nədənsə, qəmli-qəmli süzürəm - Odessanın gözəli stüardessa xanımı. Salondan çıxarırlar yenə yazıq milləti - Bunlarm əməlindən çətin ki, baş açasan. Bir dəli şeytan deyir, dəyişdirib bileti Bu dəqiqə, bu saat hara gəldi, - uçasan.
© Namizəd Xalidoğlu. Tərcümə, ?