Aha, deyəsən daha titrəmir əlim-zadım - Yuxarı qalxım daha. Yox! Deyəsən biryolluq açıldı dilim-zadım - Zirvəyə baxa-baxa. Məni saxlaya bilməz bu sürüşkən qaya da! Qorxutmaz məni soyuq... Axı, yaxşı bilirəm, bu qarışıq dünyada Fəth olunmaz zirvə yox. Deyəsən, kəsməyəcək bayaqdan yagan qar da; Tamam ağarıb saçım... Bu əlçatmaz, ünyetməz, daşkəsəkli diyarda Qoy mən də cığır açım! Ayağımm-izini, əlimin-inadmı Bağrına bassm dağlar. Beləcə, birdəfəlik qoy mənim də adımı - Köksünə yazsın dağlar... Gecə-gündüz sayrışan qarın, buzuıı altında Yal-yamaclar uyuyur. Kimlərinsə izini özünün sərt qatında - Qranitlər qoruyur. Arabir heyranlıqla hey boylana-boylana Zirvəyə baxır gözüm; Müqəddəs saflığına hey inana-inana - Bir qarın, bir də sözün... Yadımdan çıxan deyil - ötsə də neçə illər, Keçsə neçə çağlar da; Ürəyimi gəmirən qara-qura şübhələr Yoxa çıxdı dağlarda. Haçan yola çıxmışdım? Hə, çərşənbə günündə. Birdən yadıma düşdü; O gün arxadan axan su dil açaraq önümdə - "Uğur olsun" - demişdi...
© Namizəd Xalidoğlu. Tərcümə, ?