Bu gün çatıb göndordiyin kiçik zərf; Nəyə laxım day bu qodər hay-həşır?! Ay əzizim, başa düş ki, Uzaq Şərq Doğrudan da, uzaq şərqdə yerləşir. Düz sözümdü, arxaym yat - yatanda; Nahaq yerə dizini dərd qatlayır. Onu bil ki, günəş orda batanda - Burda hələ təzə-təzə çırtlayır. Okean da danışır öz-özünə; Sakit adı ona yaman yaraşır. Hərdən-birdən pıçıltılı səsinə - Gəmilərin fit səsləri qarışır. Düz sözümdü, arxaym yat - yatanda; Nahaq yerə dizini dərd qatlayır. Onu bil ki, günəş orda batanda - Burda hələ təzə-təzə çırtlayır. Fikir vermə gədə-güdə sözünə; Onlar səni qorxuzmağı xoşlayır. Lap yaxınıq Saxalinin özünə - Yer kürəsi elə bürdan başlayır. Düz sözümdü, arxaym yat - yatanda; Nahaq yerə dizini dərd qatlayır. Onu bil ki, günəş orda batanda - Burda hələ təzə-təzə çırtlayır. O torpaqla bu torpaqda yoxdu fərq... Məktub yazmaq yormadımı qo\unu?! Vallah, billah uzaq dcyil Uzaq Şərq: Yanıma gəl, gözloyirəm yolunu. Bu məktubum gəlib sənə çatanda, Tərk eləyib sən də doğma yerləri - Gəl, bir vaxtda yataq axşam, yatanda; Gəl bir yerdə qarşılayaq səhəri.
© Namizəd Xalidoğlu. Tərcümə, ?