Azarkcşlər gah qışqırır coşaraq, Gah da birdən səslərini kəsirlər... Bizimkilər addııxıbaşı çaşaraq - İnsaydgilin qabağında əsirlər. Insayd mənə dəfələrlə ilişib; Sol tərəfdə tez-tez çıxıb qarşıma, Qabağımda gah atılıb, gah düşüb - Topsuz-zadsız oyun açıb başıma. Budur, yenə meydançaya yayılıb İnsaydgil arxayınca gəzirlər. Bizimkilər təzə-təzə ayılıb Rəqiblərin qabağını kəsirlər. O, qol vurdu uçan topu haqlayıb; Axx! Meydanda kirmişcə durardım? Məşqçi məni ehtiyatda saxlayıb, Yoxsa, onun qıçlarını qırardım. Azarkeşlər gah qişqırir coşaraq, Gah da birdən səslərini kəsirlər. Bizimkilər addımbaşı çaşaraq İnsaydgilin qabağtnda əsirlər. Öy veriblər o dikbaşa, iovğaya, Eybi yoxdur, əşi buna dözərəm. Amma məni salmasalar yığmaya - Vallah, onun boğazmı üzərəm! Azarkeşlər gah qişqırir coşaraq, Gah da birdən səslərini kəsirlər. Bizimkilər addımbaşı çaşaraq İnsaydgilin qabağtnda əsirlər. Yox! Gözümə görünmür ta türmə-zad. Görərsiniz, qurtarantək oyunu, Yapışarıq yaxasmdan o saat - Çırpacağam qoyun oğlu qoyunu! ...Budur, yenə meydançaya yayılıb İnsaydgil arxaymca gəzirlər. Bizimkilər təzə-təzə ayılıb Rəqiblərin qabağını kəsirlər.
© Namizəd Xalidoğlu. Tərcümə, ?