Əl-qol atdım - tribunada bu saat Eşidilər, vızıldasa çibin də. Allah haqqı - kimdir ki, Cons, Kramer-zad? Rekord mənim cibimdədir, cibimdə! Eh, hazıram çəkicləbir uçmağa istəyirəm - nərə çəkib, səs salam, Yox! Qoymurlar öz həddimi aşmağa - Deyirlər ki: "Çəkici at! - Vəssalam..." İtalyada yarışıram hayıf ki... Oyümüzdə istəyimə çatardım; Başım üstə fırlayaraq, çəkici - Əlçatmayan yerə-yurda atardım.
(Bir zamanlar dəmirçiydim, dəmirçi; Silə-silə üz-gözümün tərini, Düşünərdim, - hara atım çəkici Ki, axtarıb tapmasınlar yerini...)
Lovğalanıb niyə yalan satım ki... Kim istəməz arzusuna çatmasın? Gələn dəfə bunu elə atım ki, - Ta yerini heç it-zad da tapmasın...
(... Fit səsləndi, işarə də verildi; Toplayaraq olan qalan var gücü, Kirişlənmiş kaman kimi gərildim, - Lap uzağa tolazladım çəkici).
İncitməyi xoşlamıram heç kimi, - Müxbir qardaş, di bəsdir də, usandım Bu uğuru- ailəmin, məşqçimin, Dost-tanışm sayəsində qazandım...
© Namizəd Xalidoğlu. Tərcümə, ?