Eşitdinmi diktor deyən sözləri, Demirdimmi, bizi saya salarlar?! Bişovetsi italyanlar özləri, Milyona da satsaq, vallah, alarlar. Amma kral Peledir! - Yaxşı saxla yadmda; Krem də buraxırlar Hələ "Pele" adında...         Baxma, Mura prokuror iş açıb; Ingiltərə yenə ona əl çalır. Bizdə isə lap ən yaxşı fiıtbolçıı - Bir milisin qabağında alçalır. Amma kral Peledir! - Yaxşı saxla yadmda; Krem də buraxırlar Hələ "Pele" adında...         Savadsızın birisidir özü də - Bizdə olsa, bazarda su satardı: Gəl ki, görsə o birisi gözü də Tostaonun qolu 1000-ə çatardı. Amma kral Peledir! Yaxşı saxla yadında; Krem də buraxırlar Hələ "Pele" adında..,
© Namizəd Xalidoğlu. Tərcümə, ?